...

Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri

Cəmiyyət Materials 13 May 2021 11:30 (UTC +04:00)
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri

Bakı. Elçin Mehdiyev – Trend:

Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Şuşada Cıdır düzündə keçirilən Xarıbülbül festivalı mənim üçün çox xoş oldu: "Bir zamanlar Cıdır düzündə Nikol Paşinyan oynayırdı. Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Cıdır düzündə Xarıbülbül festivalının keçirilməsi mənim üçün çox xoşdur. Şuşada Zəfərimizə həsr olunmuş məscidin tikilməsinə başlanılması da böyük hadisədir. İnşallah, o məscid Vətənimizin bir tacı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti