...

Yayda ağaclara necə qulluq etmək lazımdır?

Cəmiyyət Materials 16 May 2021 15:32 (UTC +04:00)
Yayda ağaclara necə qulluq etmək lazımdır?

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ağacların normal böyüməsi və onlardan yüksək məhsuldarlıq əldə olunması məqsədilə yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır.

Trend-in mlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin əkinçilik üzrə mütəxəssisi Gülnarə Məmmədova deyib. O qeyd edib ki, torpağın xüsusiyyətindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır:

"Çünki dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir. Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər onlara baxış keçirilməli, əgər ağacın dibi boşalarsa, mütləq bərkidilməlidir. Əks halda oraya hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kökünü qüvvətləndirən dərmanlardan istifadə etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti