...

Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq

Cəmiyyət Materials 17 May 2021 13:43 (UTC +04:00)
Sabahdan Azərbaycanda "Sputnik V” vaksinindən istifadə başlanılacaq

Bakı. Samir Əli - Trend:

Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Trend-ə verilən birgə məlumata görə, həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti