...

18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub

Cəmiyyət Materials 17 May 2021 16:17 (UTC +04:00)
18 yaşdan yuxarı 300-ə yaxın şəxsə peyvənd vurulub

Bakı. Ceyhun Ələkbərov - Trend:

May ayının 10-dan bu günə kimi 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasına 300-ə yaxın şəxs qoşulub.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, ümumilikdə 6 500-ə yaxın peyvndləmə aparılıb: "Məlum olduğu kimi, yanvar ayının 18-dən ölkədə vaksinasiya prosesinə start verilib. Poliklinikada bu günə kimi 6 500-ə yaxın doza vaksin vurulub. Bu şəxslərdən 2000-i ikinci dozanı da alıblar".

Ş.Quiyev qeyd edib ki, peyvəndləmə zamanı əks təsir qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti