...

Hesab.az-dan Visa kart sahiblərini qazandıran növbəti kampaniya!

Cəmiyyət Materials 18 İyun 2021 16:49 (UTC +04:00)
Hesab.az-dan Visa kart sahiblərini qazandıran növbəti kampaniya!

Bakı. Trend:

Visa ilə Hesab.az-ın birlikdə həyata keçirdikləri kampaniyalar həmişə uğurlu şəkildə nəticələnmişdir. Yenidən əməkdaşlıq etməklə mövcud olduqları bazarda sahib olduqları istifadəçi, müştəri kütləsinə faydalı, qazandıran kampaniya etməyi nəzərdə tuturlar.

Məlumat üçün qeyd edək ki, bu il ərzində Visa ilə Hesab.az-ın birlikdə həyata keçirdikləri kampaniyalar yüksək istifadəçi fəallığı ilə uğurla tamamlandı. Bunu nəzərə alaraq, Hesab.az Visa kart sahibi olan istifadəçilərini sevindirməyə davam etmək üçün yeni kampaniyaya başladı.

Kampaniya haqqında qısaca məlumat vermək istərdik ki, Hesab.az-da qeydiyyatlı olaraq 17 İyun – 31 İyul tarixlərində saxlanılan Visa kart ilə edilən müəyyən məbləğdə avtomatik ödəniş nəticəsində ilk 1000 nəfər dəyərli hədiyyə qazanacaqlar. Ətraflı: https://hesab.az/#/visa

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti