Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib (FOTO)

Vətən müharibəsinin biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev vaxtilə gənclərə müraciətlə demişdir: “Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun, xalq, Vətən sizin şücaətlərinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır”.

Bu, həqiqətən də belədir. Yüzlərlə, minlərlə Azərbaycan gənci Ulu Öndərimizin bu arzusunu, bu öyüdünü də Vətənə sədaqətli xidmətləri ilə döyüş meydanlarında təsdiq edərək əbədiyyət zirvəsinə ucalmış, xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.

Vətənin undulmaz igidlərindən, Azərbaycan Ordusunun fədakar hərbi qulluqçularından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. İndi o, həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda qəhrəmanlıq, şücaət rəmzinə çevirilmişdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 2010-cu il noyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində qəhrəman döyüşçülərimiz Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimində qeyd etmişdir ki, bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar.

Azərbaycan xalqı və Ordusu bu əmri düz on il səbirsizliklə gözlədi. Nəinki gözlədi, on il ərzində ordu quruculuğu məsələləri dövlətimizin başçısının Prezident kimi fəaliyyətində prioritet oldu. Ordumuz yeni texnika, texnologiya, ən müasir silahlar, aviasiya vasitələri, raket-artilleriya qurğuları, ən müasir pilotsuz uçuş aparatları ilə daha da möhkəmləndirildi, yüksək döyüş qabiliyyətli, müharibələrdə qazanılan döyüş taktikasına yiyələnən peşəkar kadrlarla komplektləşdirildi. Xüsusi təyinatlı təhsil müəssisələri hərbi təhsilin ən yeni mərhələsinə qədəm qoydu. Nəhayət, gözlənilən günün gəlib çatdığı 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımız və Ordumuz Vətən müharibəsinə qalxaraq təcavüzkar Ermənistana dəmir yumruğunun gücünü göstərdi və 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm tarixi Zəfərə nail oldu.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də, Mübariz İbrahimovun təkbaşına döyüşərək düşmənlərə xeyli itki verdiyi və şəhid olduğu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluquçusu Biləsuvar rayonuna gedərək şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ata ocağını ziyarət edib, şəhidin valideyinləri ilə görüşüb, bu yaxınlarda açılışı olacaq xatirə muzeyi ilə tanış olub, Vətənə layiqli oğul, Ordumuza mübariz döyüşçü bəxş etdikləri üçün İbrahimovlar ailəsinə minnətdarlıq ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Mübarizin davamçıları olan Vətən müharibəsi şəhidləri haqqında yazdığı “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabı qəhrəmanın atasına təqdim edib. Qəhrəmanın atası Ağakərim İbrahimov göstərilən diqqətə və xatirə kitabına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıq edib. Hər bir şəhidin Mübariz kimi ona doğma, əziz olduğunu, məhz bu şəhidlərin qanı hesabına, igidlərimizin şücaəti, xalqımızın birliyi, həmrəyliyi və əlbəttə, Müzəffər Ali Baş Komandanımızın polad iradəsi, dəmir yumruğu sayəsində möhtəşəm Zəfərə nail olduğumuzu iftixarla vurğulayıb.
Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan biləsuvarlı şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayan, şəhid hərbi qulluqçuların ailə üzvlərinə bir daha başsağlığı verən, onlara Vətənə layiqli övladlar yetişdirdiklərinə görə təşəkkürünü bildirən A.Qurbani kitabın nüsxələrini şəhidlərin doğmalarına təqdim edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhid polkovnik-leytenant Orxan Əkbərovun, şəhid kapitan Nihad Babayevin, şəhid kapitan Cavid Mahmudovun, “Qarabağ” ordenli şəhidlərdən kapitan Elçin Tağıyevin, gizir Məhəmməd Əmənovun ailə üzvləri çıxış edərək övladları ilə qürur duyduqlarını deyib və şəhid oğullarının xidmətlərinin yüksək qiymətləndirildiyinə görə Müzəffər Ali Baş Komandana ömürləri boyu minnətdar olacaqlarını ifadə ediblər.

Şəhid Elçin Tağıyevin azyaşlı qızı Dəryanurun şəhidlər haqqında söylədiyi şeir tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri, Vətən müharibəsi qazisi Zamiq Mənsimov və Vətən Müharibəsi Veteranları İctimai Birliyi Biləsuvar rayon şöbəsinin sədri, Birinci Qarabağ müharibəsinin veteranı Seymur Qurbanov ölkəmizin digər bölgələrində olduğu kimi Biləsuvar rayonunda da bu gün hər bir vətəndaşın qələbə, zəfər əhvali-ruhiyyəsi ilə yaşadığını və hər an Müzəffər Ali Baş Komandanın əmrlərinə bir nəfər kimi hazır olduqlarını bildiriblər.

Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yollanacaq Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu İbrahim Quliyev rayon gəncləri adından çıxış edib və Azərbaycan Ordusunda şəhidlərimizin, igid Vətən əsgərlərinin qəhrəmanlıq ənənələrini layiqincə davam etdirəcəklərinə və şanlı hərb tariximizə yeni-yeni səhifələr yazacaqlarına and içib.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkilib.

Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Mariya Stadnik Tokio Olimpiadasında 1/4 finala yüksəlib
Mariya Stadnik Tokio Olimpiadasında 1/4 finala yüksəlib
Zöhrə Ağamirova Tokio Olimpiadası yarışları çərçivəsində topla hərəkətləri təqdim edib
Zöhrə Ağamirova Tokio Olimpiadası yarışları çərçivəsində topla hərəkətləri təqdim edib
Loading Bars
Xəbər lenti
Güləşçimiz Hacı Əliyev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Azərbaycanda zəlzələ qeydə alınıb
Mariya Stadnik Tokio Olimpiadasında 1/4 finala yüksəlib
Yaponiyada Hiroşima atom bombardmanı qurbanlarının xatirəsi anılıb
Zöhrə Ağamirova Tokio Olimpiadası yarışları çərçivəsində topla hərəkətləri təqdim edib
Tokio-2020: Azərbaycan gimnastı Zöhrə Ağamirova mübarizəyə qoşulur
Tokio-2020 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb
Polşa Türkiyəyə meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır
Kamçatkada 4,6 bal gücündə zəlzələ olub
Dünyada COVİD-19 əleyhinə 4,31 milyarddan çox peyvənd istifadə edilib
"Maşın bazarı"nda törədilən partlayışda xəsarət alan polis zabiti dünyasını dəyişib
Dünyada koronavirusa yoluxanların sayı 200 milyonu ötüb - ÜST
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
Narkotik istifadəçiləri ilə cinayətkar kimi davranmaq doğru deyil - ÇIXIŞ YOLLARI
"Qarabağ" Konfrans Liqasında "AEL"lə heç-heçə oynayıb
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Bakıda muzdla çalışan işçilərin sayı və maaşı məlum olub
Türkiyədə son sutkada koronavirusdan 6 636 nəfər sağalıb
Messi "Barselona"nı tərk etdi
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşüb
Azərbaycan nümayəndə heyəti İran Prezidentinin andiçmə mərasimində iştirak edib
Azərbaycan Türkiyədən polad idxalını artırıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
Çin bu il dünya ölkələrinə 2 milyard vaksin tədarük edəcək
Paytaxtda sənaye istehsalının həcmi 18 milyard manatı keçib
Bu dönəmdə hər kəsdən yanğın təhlükəsizliyinə qarşı həssaslıq tələb olunur - Deputat
Venesuela rəqəmsal valyuta işə salacaq
“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfransı keçiriləcək
Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb
Azərbaycanın qeyri-neft sektoru 30,5 faiz artıb (FOTO)
Baş prokuror Naxçıvanda Hərbi Prokurorluq və Sədərək rayon prokurorluğundakı şəraitlə tanış olub (FOTO)
Polşada tramvaylar toqquşub - 30-dan çox yaralı var
Azərbaycan FHN-in qüvvələri Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb (FOTO/VİDEO)
NASA Türkiyədəki yanğınların peyk görüntülərini yayıb (FOTO)
Şəki “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub (FOTO)
Baş prokuror Kamran Əliyev Naxçıvana işgüzar səfər edib (FOTO)
Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
İran qonşu ölkələrə dostluq əlini uzadır - Rəisi
Azərbaycanlı gənclər Sankt-Peterburqda Türkiyəyə dəstək aksiyası keçiriblər (FOTO)
Bu il qeydiyyatdan keçən dini icmaların sayı açıqlanıb
Türkiyədə əməliyyat olunan yanğınsöndürənimizin səhhəti yaxşılaşıb (FOTO)
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın iclası keçirilib (FOTO)
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri elan edilib
Daşkəsəndə mal-qara oğruları saxlanılıb (FOTO)
ABB təmassız ödəniş imkanlarını genişləndirir!
İranın yeni prezidenti and içib (FOTO)
Jurnalistlərin münaqişə ərazilərində davranışları ilə bağlı təlim proqramı başa çatıb (FOTO)
Avqustun 6-na USD/AZN rəsmi məzənnəsi
“Kubinka”da gənclər arasında narkotik vasitələr yayan Bibiqulu saxlanıldı (FOTO/VİDEO)
Tacikistanda helikopter qəzaya uğrayıb - Ölən və yaralanan var
Büdcə səviyyə kodu düzgün qeyd olunmur - Dövlət Xidmətindən xəbərdarlıq (VİDEO)
Müəllimlər üçün yeni layihə üzrə işə düzəlmək imkanı verilir
Ağsuda yanğının meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür - ETSN
Meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır - Hikmət Əlizadə
Yelo bankdan ad günü olanlar üçün xüsusi kampaniya
Kaliforniyada meşə yanğınları ilə əlaqədar 15 min nəfər təxliyə olunub
Payızda karantin sərtləşə bilərmi? – AÇIQLAMA
Türkiyədə 4 terrorçu zərərsizləşdirilib
Trend BİA rəhbərliyi Türkiyə səfiri ilə görüşüb
Sumqayıtda sudan qanunsuz istifadə faktları aşkarlanıb (FOTO)
Yardımlıda meşə zolağında baş verən yanğın söndürülüb
Rusiyadan idxal olunan quşçuluq məhsullarında mikrobioloji göstəricilər çox olub - AQTA
Göyçayda toy təşkilatçıları cərimələnib (FOTO/VİDEO)
Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə baxışı təyin edilib (ƏLAVƏ OLUNUB)
Gəndob–Xaçmaz–Yalama–Padar avtomobil yolunun tikintisinə vəsait ayrıldı - SƏRƏNCAM
Pekində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər təxirə salındı
Azərbaycanda son altı ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb
Qubada narkotik bitkilər yetişdirən şəxs saxlanılıb
Xaçmazda qaydaları pozan şadlıq sarayının rəhbərliyi cəzalandırılıb
“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər (FOTO)
Ağsuda yanğının söndürülməsinə helikopter cəlb olunub
İşə qəbul imtahanında 47 minə yaxın müəllim iştirak edib
Hökməli və Aşağı Güzdəkdə çətənə yetişdirən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Evlərində tiryəkxana açan ər-arvad saxlanılıb (FOTO)
Bakıda tikinti sahəsində ağaclar məhv edilib
İranda ötən sutka koronavirusdan 430-dan çox xəstə ölüb
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə
Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub
Xüsusi qabiliyyət imtahanlarının tarixləri açıqlanıb
Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib (VİDEO)
Narkotik satışı ilə məşğul olan 12 nəfər saxlanılıb (FOTO/VİDEO)
Narkomaniya ilə bağlı ciddi kriminoloji tədqiqatlara ehtiyac var - AÇIQLAMA
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib
Bəs ağız gigiyenası haqqında nə demək olar?
Kirayə qaldığı evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Şabranda Padar avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO)
Rusiyada son sutkada 800-ə yaxın şəxs koronavirusdan ölüb
Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb
FHN Ağsudakı yanğınlarla bağlı məlumat yayıb
Sabah 42 dərəcəyədək isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları meşə yanğınları ilə bağlı son vəziyyəti müzakirə ediblər
Şəhidlərin xatirəsi yad edilib (FOTO/VİDEO)
Qrız kəndinə robotlar gəldi (FOTO/VİDEO)
Azərbaycanda meşə yanğınlarına səbəb nədir? – AÇIQLAMA
"Delta" ştammına qarşı yeni vaksinlər tələb oluna bilər
FHN-in üçüncü yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşüb (FOTO)
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
Vergi ödəyicilərinin sayı 4 faizə yaxın artıb - Mikayıl Cabbarov
Bütün xəbərlər