...

“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar (FOTO)

Cəmiyyət Materials 12 İyul 2021 19:38 (UTC +04:00)
“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda olublar (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.

Trend xəbər verir ki, onların asudə vaxtlarının səmərəli təşkili və xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanışlığı məqsədilə həftə sonu Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub.

Qaliblər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti