...

Rusiyadan alınan metro qatarlarından biri artıq Bakıdadır (FOTO)

Cəmiyyət Materials 16 İyul 2021 14:47 (UTC +04:00)
Rusiyadan alınan metro qatarlarından biri artıq Bakıdadır (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.

Qeyd edək ki, Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti