...

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 27 İyul 2021 09:53 (UTC +04:00)
Goranboyda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Bakı. Trend:

Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Tap Qaraqoyunlu və Borsunlu kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti