...

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Cəmiyyət Materials 31 İyul 2021 13:58 (UTC +04:00)
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Bakı. Trend:

Hər zaman olduğu kimi, yanğın vaxtı da yanımızda olan Prezident İlham Əliyevə, Azərbaycanın dövlət nümayəndələrinə və qardaş xalqa çox təşəkkür edərək minnətdarlığımı çatdırmaq istəyirəm. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin tapşırığı ilə mənimlə əlaqə saxladılar və Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. O telefon danışığından sonra Azərbaycandan təyyarə ilə Türkiyəyə, Dalamana yüzdən artıq yanğın mütəxəssisi gəldi. Qardaşlarımızın Türkiyəni düşünməsi bizi xoşbəxt edir. Bu çətin günlərdə göstərilən həmrəyliyə görə bir daha təşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanğın bölgələrinə səfəri zamanı Azərbaycan mediasına müsahibəsində bildirib.

“Azərbaycan xalqının, oradakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan Ordusuna, əsgərinə nə cür yardım etdiyinin şəxsən özüm şahidi oldum. Azərbaycanlı qardaşlarımızla fəxr edirik. Bir millət, iki dövlətik. Bu, bizə məxsus xüsusiyyətdir”, - deyə nazir ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti