...

Yelo Bank “Summer Challenge 2021” təlim proqramına başlayıb (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2021 17:00 (UTC +04:00)
Yelo Bank “Summer Challenge 2021” təlim proqramına başlayıb (FOTO)

Bakı. Trend:

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün əlverişli karyera imkanları yaratmağa çalışır. Bunun üçün, gələcəkdə karyerasını bank sahəsində qurmaq istəyən 3-cü və 4-cü kurs tələbələri üçün “Summer Challenge 2021” Yay Təcrübə proqramına start verilib.

ADA, ADNSU, UNEC və BDU universtitetlərində təhsil alan 15 istedadlı tələbə müsahibələrdən keçərək proqrama qoşulub. Proqramın ilk günü “Onboarding” təlimi və “Həll yolu tap” kvesti ilə başladı. Daha sonra gənclər Yelo Bankın baş ofisində ekskursiya keçdilər, komanda quruculuğu tapşırıqlarını yerinə yetirdilər, təlim mentorları və Yelo komandasının digər üzvləri ilə tanış oldular.

Seçilmiş tələbələr üçün təlim proqramı 31 avqusta qədər davam edəcək. Bü müddət ərzində onlar sahələri üzrə real təcrübə əldə edəcəklər. Yelo Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlərin həyat keçirməsini planlaşdırır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank - Parlaq Bankçılıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti