...

Müəllimlərin dərs saatlarını azaltmağı düzgün hesab etmirik - Təhsil naziri

Cəmiyyət Materials 4 Avqust 2021 18:09 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Dərs saatlarını azaltmaqla daha çox müəllimi işə cəlb etməyi düzgün hesab etmirik.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində keçirdiyi canlı yayımda deyib.

Onun sözlərinə görə, müəllim çalışırsa, azı 18 saat dərsi olmalıdır ki, normal əməkhaqqı ala bilsin.

"Təəssüf ki, bu gün dərs saatları az olan müəllimlərin sayı da az deyil", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti