...

Rayonlarda şimşək çaxıb, dolu düşüb

Cəmiyyət Materials 14 Avqust 2021 22:19 (UTC +04:00)
Rayonlarda şimşək çaxıb, dolu düşüb

Bakı. Trend:

Avqustun 14-ü saat 21.30-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Xınalıq, Şahdağ, Xaltan, Qrız, Qusar, Quba, Şəmkirdə şimşək çaxıb, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Qrız-Qudyalçayda (Quba) saat 17:20-17:35, Ləzə məntəqəsində (Qusar) saat 17:30-17:40 radələrində diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı Tala, Aşağı Tala kəndlərinə xırda dənəli dolu düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti