...

Dünən keçirilən MİQ üzrə müsahibələrin nəticələri elan olunub

Cəmiyyət Materials 25 Avqust 2021 17:58 (UTC +04:00)
Dünən keçirilən MİQ üzrə müsahibələrin nəticələri elan olunub

Bakı. Çingiz Səfərli - Trend:

Biologiya, ingilis dili, musiqi, rus dili, coğrafiya və tarix fənləri üzrə 24 avqust tarixində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsahibələrdə iştirak edən namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan fənlər üzrə 415 namizəd uğur qazanaraq müddətsiz əsaslarla çalışmaq imkanı əldə edib.

Uğur qazanan namizədlər 30 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.

Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Bu səbəbdən namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti