...

ABŞ Ukraynaya 2,2 milyon doza koronavirus peyvəndi göndərib

Cəmiyyət Materials 30 Avqust 2021 08:37 (UTC +04:00)
ABŞ Ukraynaya  2,2 milyon doza koronavirus peyvəndi göndərib

Bakı. Trend:

ABŞ Ukraynaya indiyədək yeni koronavirusa qarşı təxminən 2,2 milyon doza peyvənd ayırıb.

Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter" səhifəsində bildirib.

"COVID-19" peyvəndlərinin ikinci partiyasının Ukraynaya çatdırıldığını bildirməkdən məmnunam, bu, indiyə qədər bağışladığımız 2.2 milyon dozanın bir hissəsidir", - Blinken bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti