Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1107 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 236 381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 359 737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 876 644 təşkil edir.