...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il Gənc liderlər forumunu keçirib (VİDEO)

Cəmiyyət Materials 6 Sentyabr 2021 18:22 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il Gənc liderlər forumunu keçirib (VİDEO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il Gənc liderlər forumunu keçirib.

Trend-in məlumatına görə, bugünkü tədbir "Liderlik: dəyərlər, prinsiplər, problemlər və öyrənilən dərslər" adını daşıyır.

Tədbirdə iştirak edən məruzəçilər sırasında moderator, 2005-2010-cu illərdə Ukraynanın birini xanımı Katerina Yuşşenko, Milli Məclisin deputatıə Sevil Mikayılova, Mərkəzin həmsədri, 1999-2007-ci illərdə Latviyanın prezidenti Vayra Vike-Freyberqa, Mərkəzin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezident İsmail Serageldin yer alır.

Bu forum dünyanın aparıcı təqaüd proqramlarından və başlıca sənaye sahələrindən gənc liderləri özündə birləşdirir. Forumda həçinin BMT Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi nümayəndəsi Ceffri Saks, 2012-2017-ci illərdə Bolqarıstan prezidenti Rosen Plevneliyev, 2015-2018-ci illərdə Mavriki prezidenti Əminə Qurib-Fakim, BMT Baş Assambleyasının 73-cü prezidenti və Ekavodrun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti