...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 8 Sentyabr 2021 17:01 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 550, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 483 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 371 182, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 418 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 952 968 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti