...

Yaşadıqları ünvanlara şəhidlərin adları verilməlidir - Deputat

Cəmiyyət Materials 30 Sentyabr 2021 16:21 (UTC +04:00)
Yaşadıqları ünvanlara şəhidlərin adları verilməlidir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Yaşadıqları şəhərlərə, qəsəbələrə, küçələrə şəhidlərimizin adları verilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin müzakirəsi zamanı deyib.

F.Ağamalı bildirib ki, şəhidlərin yaşadığı yerlərdə, kəndlərdə, qəsəbələrdə onların bütsü qoyulmalıdır: “Biz onlar qarşısında tarixi borcumuzu, mənəvi borcumuzu yerinə yetirməliyik. Şəhid adlarının əbədiləşdirilməsi üçün bu, çox yaxşı vasitədir və elə də maliyyə vəsaiti tələb etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti