Bakı. Trend:
Oktyabrın 7-də Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın doğum gününə həsr olunmuş tədbir keçirilib.
Trend-in məlumatına görə, şagirdlər Şərqdə ilk qadın professor, unudulmaz müəllim, qayğıkeş ana Aida xanımın həyat yolunu əks etdirən maraqlı kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Səbail Rayonu İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova və Aida xanım İmanquliyevanın tələbəsi olmuş ərəb dili müəllimi Gülnara Məmmədova çıxış edərək, görkəmli alim haqqında öz ürək sözlərini bölüşmüşlər. Sonda Aida xanımın nümunəvi həyat yolunu əks etdirən qısametrajlı film nümayiş olunub.