...

MDU-da Beynəlxalq Elmi Konfrans keçiriləcək

Cəmiyyət Materials 9 Oktyabr 2021 15:41 (UTC +04:00)

Bakı. Trend:

10-11 dekabr 2021-ci il tarixdə Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan“Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransın bölmələri:
1. Təbiət və texnika bölməsi;
2. İqtisadiyyat və idarəetmə bölməsi;
3. Təhsil və humanitar bölmə.
Konfransın istiqamətləri:
1. Təhsilin humanistləşdirilməsində qlobal trendlər: insan amili və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan elmi etika;
2. Təhsil sahəsində milli və beynəlxalq təcrübənin inteqrativ inkişafı problemləri;
3. Müasir dünya ədəbiyyatında əxlaqi-mənəvi dəyərlər: tolerantlığın və birgəyaşayış qaydalarının təbliği;
4. Dünyanın müasir dil mənzərəsi: sosial və linqvistik məsələlər;
5. Qlobal ideoloji-siyasi trendlər və münaqişəli cəmiyyətin müasir xarakteri;
6. Mədəniyyətlərarası kommunikasiya: ictimai-psixoloji, etik və koqnitiv aspektlər, mədəniyyətlərin qarşılıqlı təsiri;
7. Müasir türk dünyası: ümumi tendensiyalar və yeni hədəflər;
8. Qarabağın qədim, orta əsrlər və müasir tarixi dünya mədəni irsinin öyrənilməsi və qorunması kontekstində;
9. 44 günlük Vətən müharibəsi: tarixi ədalətin qələbəsi və beynəlxalq hüququn bərpası;
10. Qafqaz regionunda beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası: problemlər və perspektivlər;
11. Avropa və Asiya arasında əsas tranzit xəttin yaranmasında Zəngəzur dəhlizinin rolu və əhəmiyyəti;
12. Davamlı və dayanıqlı iqtisadi inkişafın qlobal trendləri;
13. Dünyanın yeni xəritəsi: regionların tarazlı inkişafı;
14. Dünya enerji sektorunun inkişafında müasir tendensiyalar;
15. Qlobal ekoloji dayanıqlığın təmini: problemlər və perspektivlər;
16. Turizmin inkişaf perspektivləri: beynəlxalq təcrübə və rəqabət;
17. Postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri;
18. Dünya elminin və iqtisadiyyatının inkişafında Lütfi Zadə nəzəriyyələrinin rolu.

Konfransın işçi dili: Azərbaycan, türk, ingilis, rus

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları toplu şəklində çap olunacaqdır.
KONFRANS MATERİALLARININ TƏRTİBATI QAYDALARI VƏ TƏLƏBLƏR:
- Mətn A4 formatında (210x297 mm), MS Word proqramında Times New Roman şrifti ilə yığılır (hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,5; kənardan məsafələr: soldan – 3 sm, sağdan – 1 sm, yuxarı və aşağıdan – 2 sm);
- konfrans materialının (məqalə və ya tezisin) mətni 3-4 səhifə həcmində olmalıdır;
- mətndən əvvəl yuxarıdan solda UOT (rubrikatora uyğun Universal Onluq Təsnifat) indeksi (adi şriftlə), növbəti sətirlərdə: mərkəzdə konfrans materialının adı (qalın şriftlərlə); müəllif(lər)in elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı (tam açıq şəkildə); ökənin adı; işlədiyi və təhsil aldığı müəssisənin (doktorant və dissertantlar üçün) adı (kursivlə); e-ünvanı; telefon nömrəsi yazılmalıdır (bax: Nümunə);
- ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [2]).

Məqalənin (tezisin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalə (tezis) üzərində düzəlişlər edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezis) konfrans materiallarına daxil edilməyəcəkdir.
Materiallar antiplagiat proqramı ilə yoxlanılacaq. Təqdim edilmiş məqalə (tezis) geri qaytarılmır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir. Konfrans materialı (məqalə və ya tezis) 21 noyabr 2021-ci il tarixindən gec olmayaraq
elektron formada aşağıda göstərilən ünvana göndərilməlidir:
[email protected]
Əlaqə:
Vüqar Mustafayev (məsul katib)
Tel.: (+99455) 289 12 66

Məqalədə:
Xəbər lenti

Xəbər lenti