...

Fransada fövqəladə vəziyyət rejimi uzadılır

Cəmiyyət Materials 14 Oktyabr 2021 05:16 (UTC +04:00)
Fransada fövqəladə vəziyyət rejimi uzadılır

Bakı. Trend:

Fransa hökuməti ölkədə "COVID-19" ilə bağlı fövqəladə vəziyyətinin gələn ilin 31 iyuluna qədər uzadılmasını təklif edib.

Trend-in məlumatına gör, hökumət nümayəndəsi Qabriel Attal uzadılması haqqında qanun layihəsinin Fransa parlamentində səsə qoyulacağını bildirib.

Xatırladaq ki, Fransada mövcud fövqəladə vəziyyətin tətbiqi 15 noyabrda bitir.

Mövcud qaydalara görə, vətəndaşlar barlara, restoranlara, kinoteatrlara, teatrlara və digər yerlərə daxil olmaq üçün "COVID-19" buraxılış vərəqəsindən istifadə etməlidirlər.

Pandemiyanın başlanmasından Fransada 7 milyondan çox "COVID-19"a yoluxma hadisəsi aşkarlanıb, onlardan 117 mindən çoxu ölümlə nəticələnib. İndiyə qədər ən az 50 milyon sakin bir dozada "COVID-19" peyvəndi almışdır ki, bu da ölkə əhalisinin təxminən 75.5 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti