...

BDU-da da koronavirusa yoluxma halı qeydə alınıb

Cəmiyyət Materials 18 Oktyabr 2021 16:43 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı Dövlət Universitetində koronavirusa yoluxma halı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq universitetin mətbuat katibi Günel Orucəliyeva məlumat verib. O bildirib ki, yoluxma SABAH qruplarında qeydə alınıb: "SABAH qruplarından olan 2 qrupda Covid-19 virusu aşkarlandığı üçün həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib".

Qeyd edək ki, ali təhsil müəssisələrində əyani tədris sentyabrın 29-dan bərpa olunub. 18 yaşdan yuxarı tələbələrdən isə vaksin pasportu tələb edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti