...

Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib

Cəmiyyət Materials 20 Oktyabr 2021 17:04 (UTC +04:00)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib

Bakı. Çingiz Səfərli - Trend:

20 oktyabr-7 noyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk küçəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, götürülən 1093 nümunədən 64-ü, təxminən 6 %-i keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib.

Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti