...

Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək

Cəmiyyət Materials 28 Oktyabr 2021 14:34 (UTC +04:00)
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək

Bakı. Fərid Zöhrabov - Trend:

Sabah Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası keçiriləcək.

Trend-in məlumatına görə, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

“Zəfər” Yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti