...

Məktəblərdə istiliklə bağlı vəziyyət necədir? - AÇIQLAMA

Cəmiyyət Materials 3 Noyabr 2021 14:48 (UTC +04:00)
Məktəblərdə istiliklə bağlı vəziyyət necədir? - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

Dağlıq və dağətəyi rayonlarda yerləşən məktəblərə istilik verilib.

Bu barədə Trend-ə Təhsil nazirliyindən məlumat verilib.

"Bakı şəhərində və digər rayonlarda yerləşən 281 məktəbə isə noyabrın 15-dən istiliyin verilməsi nəzərdə tutulur", - deyə bildirilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti