...

Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək

Cəmiyyət Materials 18 Noyabr 2021 11:07 (UTC +04:00)
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək

Bakı. Çingiz Səfərli - Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2021-ci il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu barədə Trend-ə DİM-dən məlumat verilib.

İmtahanda iştirak etmək üçün qeydiyyat 8 dekabr saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün http://dim.gov.az/news/7408/ linkinə daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti