...

Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur - TƏBİB

Cəmiyyət Materials 20 Noyabr 2021 12:47 (UTC +04:00)
Azərbaycanda koronavirusdan ölüm faizində artım müşahidə olunmur - TƏBİB

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanda koronavirusa görə ölüm faizində artım müşahidə olunmur.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, koronavirusdan ölüm hallarının azalıb-çoxalması əsasən infeksiyaya yoluxan və ölənlərin faiz nisbəti ilə götürülür:

"Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma müşahidə olunmur", -deyə Y.Qarayeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti