...

Azərbaycanın müxtəlif yerlərində, regionlarında Nizami Gəncəvinin yaradıcılığına aid tədbirlər keçirilir - Anar Kərimov

Cəmiyyət Materials 24 Noyabr 2021 10:41 (UTC +04:00)
Azərbaycanın müxtəlif yerlərində, regionlarında Nizami Gəncəvinin yaradıcılığına aid tədbirlər keçirilir - Anar Kərimov

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanın müxtəlif yerlərində, regionlarında Nizami Gəncəvinin yaradıcılığına aid tədbirlər keçirilir.

Trend-in məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Forumda çıxışı zamanı mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, bu il Azərbaycan üçün əlamətdar ildir:

"Biz çox sevinirik ki, il ərzində Azərbaycanın müxtəlif yerlərində, regionlarında Nizami Gəncəvinin yaradıcılığına, onun fəlsəfi fikirlərinə aid tədbirlər keçirilir.

Nizami bizim üçün yalnız şair yox, eyni zamanda mədəniyyətlərarası körpü rolu oynayır. Məhz onun yaradıcılığı, fəaliyyəti, bizə qoyduğu miras bizim coğrafiyada Hindistandan Avropaya kimi xalqları, mədəniyyətləri yaxınlaşdıran bir vasitədir. Azərbaycan da Nizami Gəncəvinin vətəni olaraq bu dəyərlərə sahib çıxıb", - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb.

Noyabrın 26-na qədər davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti