...

Türk milləti Nizamiyə qürurla sahib çıxmağa davam edəcək - Mehmet Nuri Ersoy

Cəmiyyət Materials 24 Noyabr 2021 10:50 (UTC +04:00)
Türk milləti Nizamiyə qürurla sahib çıxmağa davam edəcək - Mehmet Nuri Ersoy

Bakı. Çingiz Səfərli - Trend:

Nizami Gəncəvi əsərlərində elə təsvirlər var ki, sözlərlə sanki rəsm yaradıb.

Trend-in məlumatına görə, bunu “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışı zamanı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib:

""Nizami Gəncəvi kimdir?" sualının cavabı çox genişdir. O, özünəməxsus əsərlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərə də vaqif idi. 7 dil bilməklə yanaşı, musiqini də ruhunda birləşdirən dərviş ruhlu bir şair olub.

Kamil insan portretini Nizami Gəncəvi əsərlərində görmək olar.

İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərlər onun əsərlərində geniş tərənnüm olunub.

Türk milləti bu böyük şairinə qürurla sahib çıxmağa və onun irsini gələcək nəsillərə ötürməyə davam edəcək.

Biz bir olub, minillik mirasımızı qoruyacağıq", - türkiyəli nazir deyib.

Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu işə başlayıb.

Noyabrın 26-na qədər davam edəcək Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamları, ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti