...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 28 Noyabr 2021 16:42 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 530 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 19 113 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti