...

Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2021 21:28 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində işarə dili və diksiya təlimləri keçirilib (FOTO)

Bakı. Trend:

27-28 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Diksiya akademiyasının təlimçisi, televiziya aparıcısı və müxbiri Nuranə Abıyeva tərəfindən tələbə gənclər üçün “Nə üçün işarə dilini bilməliyik?” və “Səlis danışığınla fərqlənməyi bacar” mövzularında iki günlük təlimlər keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, noyabrın 27-də keçirilən “Nə üçün işarə dilini bilməliyik?” adlı təlimdə N.Abıyeva işarə dilinin mahiyyətindən, onun öyrənilməsinin vacibliyi və əhəmiyyətindən, nəzəri və praktiki məsələlərindən danışıb.

Noyabrın 28-də keçirilən “Səlis danışığınla fərqlənməyi bacar” adlı təlimdə isə düzgün nitqə və sərbəst danışığa malik olmaq, səhnə xofu və həyəcanın öhdəsindən gəlmək üçün lazım olan metodlardan bəhs edilib.

Təlimlər tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti