...

Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq

Cəmiyyət Materials 3 Dekabr 2021 15:50 (UTC +04:00)
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq

Bakı. Çingiz Səfərli - Trend:

Türkiyə Azərbaycan birgə ali təhsil müəssisəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr aparılır.

"Ümid edirəm ki, qısa zamanda bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik. Ölkələrimiz arasında ali təhsil sahəsindəki əməkdaşlığımız yeni bir mərhələyə qədəm qoyacaq" - deyə, nazir bildirib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti