...

EKVİTA və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək (FOTO)

Cəmiyyət Materials 16 Dekabr 2021 13:02 (UTC +04:00)
EKVİTA və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək (FOTO)

Bakı. Trend:

Bu gün həyata keçirilən açılış mərasimində BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, EKVİTA şirkətinin direktoru İlqar Mehti və Millət Vəkili Tural Gəncəliyev çıxış etmişdir. Tədbir boyunca layihənin gələcək prespektivləri müzakirə olunmuş, “Qarabağa Dönüş” İctimai Birliyin sədri, millət vəkili Tural Gəncəliyev xüsusilə bildirmişdir ki, bu təşəbbüs Qarabağın dirçəldilməsi üçün insan resurslarının hazırlanması baxımından əhəmiyyətlidir və hazırda yüksək peşə təhsilli kadrlara ehtiyac vardır.

“EKVİTA bu kimi layihələrə dəstək olmağa daima hazırdır və digər tərafdaş şirkətləri də aktiv iştiraka səsləyir.” deyə EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti öz çıxışı zamanı bildirmişdir.

Qeyd edək ki, layihə çərçivəsində müharibə veteranlarının altı ay ərzində “Kulane” tədris mərkəzində təhsil alması nəzərdə tutulur. Vətən Müharibəsi iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də EKVİTA və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdiriləcəkdir. Layihə “Qarabağa Dönüş” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti