...

Azərbaycanda xarici mərc saytlarının qarşısı alınacaq

Cəmiyyət Materials 18 Dekabr 2021 11:32 (UTC +04:00)
Azərbaycanda xarici mərc saytlarının qarşısı alınacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddələrə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti