...

Bu il Bakıda 80-dən çox məktəb təmir olunub

Cəmiyyət Materials 28 Dekabr 2021 10:05 (UTC +04:00)
Bu il Bakıda 80-dən çox məktəb təmir olunub

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, 7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333), ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb.

Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atçılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir.

Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti