Bakı. Çingiz Səfərli - Trend:
Bu il 190 mindən çox artıq şəxsin əlillik müddəti bitib.
Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
DSMF sədrinin sözlərinə görə, onlar təkrar müayinədən keçməklə əlilliklərini təsdiq edə bilər:
"Təkrar əlillik müəyyən edildikdən sonra vəsait ödənilməyən aylar üzrə də ödənişlər edilir", - o qeyd edib.