...

Bakı Slavyan Universitetinin şəhid məzunlarının məzarları ziyarət edilib (FOTO)

Cəmiyyət Materials 31 Dekabr 2021 11:24 (UTC +04:00)
Bakı Slavyan Universitetinin şəhid məzunlarının məzarları ziyarət edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, müəllim və əməkdaşları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar universitetin məzunları, Vətən müharibəsi şəhidləri Nicat Şükürlü, Elnur Allahverdizadə və Kənan Rüstəmlinin məzarlarını ziyarət ediblər.

Universitetdən Trend-ə bildirilib ki, ziyarət zamanı şəhid məzunların məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəhid məzunların valideynləri ilə görüşən BSU-nun təmsilçiləri igid, mətin və vətənpərvər övlad yetişdirdikləri üçün onlara dərin minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmasında BSU-nun şəhid məzunlarının mühüm xidmətləri olub.

Şəhid məzunların ailə üzvləri göstərilən diqqətə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, Vətən müharibəsində təkcə bu ali təhsil ocağının 100-ə yaxın məzunu iştirak edib. BSU-nun kollektivi şəhid məzunların xatirəsini həmişə əziz və uca tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti