...

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

Cəmiyyət 17 Yanvar 2022 09:41 (UTC +04:00)
Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?

Bakı. Humay Ağacanova - Trend

Bu gün axşama doğru yağıntılar tədricən kəsiləcək.

Bunu Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədovanın sözlərinə görə, əsasən cənub və şərq rayonlarında yağıntılı hava şəraiti qeydə alınıb, sulu qar, qar yağıb.

"Belə hava şəraiti bu gün ərzində davam edəcək. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi müşahidə olunur. Havanın temperaturunun günorta saatlarında 2-4 dərəcədən yüksək olacağı gözlənilmir. Yanvarın 18-də paytaxtda və digər bölgələrdə yağıntısız hava şəraiti müşahidə olunacaq ", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti