...

Xaricdə təhsil üçün ən çox hansı ölkə seçilir?

Cəmiyyət 21 Yanvar 2022 13:46 (UTC +04:00)
Xaricdə təhsil üçün ən çox hansı ölkə seçilir?

Bakı. Humay Ağacanova - Trend:

Hal hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır.

Bunu Trend-in suallarını cavablandırarkən təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçrilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur.

"Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstanda universitetlərdə təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri – qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə - iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan, və digər Avropa ölkələrinin univerisitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar Tibb, Komputer və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur.

Üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir. Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür", -deyə o bildirib.

Ekspert həmçinin bildirib ki, hal-hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır. Bu bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir.

"Ona görə də vətndaşlar yalnız xaricdə təhsil ilə bağlı mütəxəsislərə müraciət etməlidirlər. Onlar bilməlidirlər ki, Türkiyərə qiyabi təhsil almağa gedirlərsə, diplomları birmənalı olaraq tanınmayacaq, çünki Türkiyədə qiyabi təhsil yoxdur", -deyə o qeyd edib.

Qeyd edək ki Təhsil Nazirlyinin hesabatına əsasən ötən il xarici ölkədə təhsil alan 743 nəfərin diplomu tanınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti