...

Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Cəmiyyət 21 Yanvar 2022 17:25 (UTC +04:00)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək

Bakı. Trend:

Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-dən bildirilib.

Yaranmış narahatlıqla bağlı ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti