...

Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb

Cəmiyyət 24 Yanvar 2022 18:13 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa reyslər həyata keçirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə bildiriblər ki, "Azimut" aviaşirkəti yanvarın 21-dən etibarən Rostov-Bakı-Rostov marşrutu ilə uçuşlara başlayıb.

Reyslər həftədə bir dəfə, cümə günləri keçirilir.

"Təyyarə Rostovdan saat 8-də çıxır, Bakıda 11:10-da eniş edir. Bakıdan 12:10-da havaya qalxan təyyarə isə saat 13:15-də Rostova çatır", - deyə hava limanından bildiriblər.

Qeyd edək ki, Rostovdan Bakıya, həmçinin "Nordwind" aviaşirkəti həftədə bir dəfə uçuşlar həyata keçirir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti