...

Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Yanvar 2022 11:47
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli -Trend:

Xəzər rayonunda yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb

Trend-in məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Binə qəsəbəsi sakini Şahin Əşrəfovu müəyyən edərək saxlayıblar. Həmin şəxslə izahedici söhbət aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Bu şəxs barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Şahin Əşrəfov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti