...

Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!

Cəmiyyət Materials 28 Yanvar 2022 12:43 (UTC +04:00)
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!

Bakı. Trend:

İstəyirsən ki, aqrar texnologiya sektorunun inkişafında sənin də payın olsun?

O zaman ilk və yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Məhz sənin bilik və bacarığınla ərsəyə gələcək icadın, bəşəriyyəti işıqlı gələcəyə doğru aparmasına əmin ol!

Tələs, qeydiyyat artıq başlayıb❗

Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
[email protected]
teknofest.az

Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Qeyd edək ki , Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti