...

Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib

Cəmiyyət Materials 28 Yanvar 2022 12:44 (UTC +04:00)
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib

Bakı. Samir Əli - Trend:

Dövlət Miqrasiya Xidməti vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görür.

Xidmətdən Trend-ə verilən məlumata görə, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti