...

Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək

Cəmiyyət Materials 28 Yanvar 2022 16:28 (UTC +04:00)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək

Bakı. Humay Ağacanova - Trend:

Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sekorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib. Növbəti tədris ili başlanandək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti