...

Ombudsmanın nümayəndələri sığınacağa yerləşdirilmiş qadın və uşaqlara baş çəkiblər

Cəmiyyət Materials 2 Fevral 2022 15:20 (UTC +04:00)
Ombudsmanın nümayəndələri sığınacağa yerləşdirilmiş qadın və uşaqlara baş çəkiblər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətində hər zaman əhalinin müxtəlif qruplarının, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verir.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bir neçə gün əvvəl İmişli rayon sakini olan qadın gecə saatlarında Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, məişət zorakılığından zərər çəkdiyini, təhlükədə olduğunu, iki azyaşlı övladı ilə birlikdə küçədə qaldıqlarını bildirib.

Ombudsman tərəfindən məsələyə operativ reaksiya verilərək, dərhal rayon icra hakimiyyətinə və polis şöbəsinə müraciət edilib, ana övladları ilə birgə tapılaraq müvafiq binada gecələmələrinə şərait yaradılıb. Daha sonra sənədləşdirmə işi aparılaraq, qadın və övladları Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyevanın tapşırığına əsasən məsələ nəzarətdə saxlanılıb, Ombudsmanın əməkdaşları müəssisədə ana və onun övladları ilə görüşərək, onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti