...

Azərbaycanda 7 632 nəfər COVID-19-a yoluxub, 24 nəfər vəfat edib

Cəmiyyət Materials 10 Fevral 2022 18:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 24 vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib, aktiv xəstə sayı 50 896 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, ötən müddət ərzində isə ümumilikdə 6 335 593 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti