...

Azərbaycanda daha 3 690 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Cəmiyyət Materials 19 Fevral 2022 18:32 (UTC +04:00)
Azərbaycanda daha 3 690 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 771 709 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 727 828 nəfər müalicə olunaraq sağalıb, 9 211 nəfər vəfat edib, aktiv xəstə sayı 34 670 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 215, ötən müddət ərzində isə ümumilikdə 6 473 728 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti