...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 24 Fevral 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 209, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 509, üç və daha çox doza vaksin vurduranların sayı 27 210, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 896 808, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 293 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 780 286, üç və daha çox doza vaksin vurduranların sayı 2 623 773, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 741 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti